...

"Rusiya Dəmir Yolları"nın sədri: "Şimal-Cənub" layihəsinə digər dövlətlər qoşula bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2015 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Maksim Tsurkov/

İştirakçıları Rusiya, Azərbaycan və İran olan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə digər dövlətlər də qoşula bilər.

Bunu Trend-ə "Rusiya Dəmir Yolları" ASC-nin sədri Vladimir Yakunin deyib.

Onun sözlərinə əsasən, Rəşt-Astara (İran) dəmir yolunun tikinti layihəsi hələ layihələndirmə mərhələsindədir: "Bunu nəzərə alsaq, layihəyə digər dövlətlərin qoşulması nəzəri cəhətdən mümkündür. Məsələn, layihənin reallaşdırılmasında Hindistan və ya Oman kimi ölkələrin iştirakını nəzərdən keçirmək olar. Onlar "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin üzvləridir və bu dəhliz vasitəsilə yüklərin çatdırılmasında müxtəlif marşrutların inkişafında maraqlıdırlar".

V.Yakunin qeyd edib ki, hazırda layihədə iştirak məqsədilə digər dövlətlərdən ASC-nin ünvanına müraciət daxil olmayıb.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsinin məqsədi Azərbaycan, Rusiya və İranın nəqliyyat magistrallarının inteqrasiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti