...

1 avqustadək icbari sığortanızı Hesab.az-dan onlayn sifariş edin

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2015 10:00 (UTC +04:00)
1 avqusta kimi icbari sığortanızı Hesab.az-dan onlayn sifariş edin
1 avqustadək icbari sığortanızı Hesab.az-dan onlayn sifariş edin

Hesab.az portalı ilə "Atəşgah" Sığorta Şirkətinin birgə əməkdaşlığı çərçivəsində avtomobil sahiblərinə sərfəli təklif edir.

1 avqust tarixinədək davam edən avtomobillərin mütləq texniki baxışdan keçirilməsi zamanı zəruri olan icbari avtomobil sığortası polisini Hesab.az portalı vasitəsilə sifariş edə bilərsiniz. Bununla da siz həm vaxtınıza, həm də enerjinizə qənaət etmiş olacaqsınız.

"Hesab.az" portalında qeydiyyatdan keçmiş hər bir müştəri "Atəşgah" Sığorta Şirkətindən icbari avtomobil sığortasını əldə edə bilər. Bunun üçün istifadəçi ondan tələb olunan müvafiq məlumatları cədvəldə qeyd etməli və ödəniş kartı vasitəsilə sığorta şəhadənaməsinin dəyərini ödəməlidir.

Qeyd edək ki, sığorta şəhadətnaməsi "Atəşgah" sığorta şirkətinin əməkdaşları tərəfindən 2 iş günü ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılır.

Hesab.az haqqında:

170 mindən çox istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti