...

195-2 Telefon Məlumat Mərkəzinə 36500-dən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2015 16:14 (UTC +04:00)
195-2 Telefon Məlumat Mərkəzinə 36500-dən çox müraciət daxil olub.
195-2 Telefon Məlumat Mərkəzinə 36500-dən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 6 avqust /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid sualların operativ və ətraflı cavablandırılması məqsədilə Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi fəaliyyət göstərir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 36 500-dən çox müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Bu ilin iyul ayında isə nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub. Müraciətlər əsasən sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər barədə olub.

Qeyd edək ki, 195-2 nömrəsi ilə danışıq, Telefon Məlumat Mərkəzinin xidmətləri ödənişsizdir. Telefon Məlumat Mərkəzi canlı rejimdə, iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti