...

Azərbaycan və Pakistan arasında hava xətti sentyabrın sonunda açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2015 14:08 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında hava xəttinin açılışı sentyabrın sonuna nəzərdə tutulub.
Azərbaycan və Pakistan arasında hava xətti sentyabrın sonunda açılacaq

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Pakistan arasında hava nəqliyyat xəttinin açılışı sentyabrın sonuna nəzərdə tutulub. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

O qeyd edib ki, hazırda hava xəttinin açılışı ilə bağlı texniki məsələlər həll olunur.

Daha əvvəl aviareysin avqustun 12-də açılacağı bildirilmişdi, ancaq bir sıra texniki problemlərə görə, reys qeyri-müəyyən müddətə təxirə salınmışdı.

İslamabad-Bakı-İstanbul marşrutu üzrə uçuşları "Türkiyə Hava Yolları"na məxsus təyyarələr həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti