...

ÜGT-nin üzv ölkələri Bakıda gömrük işlərinin inkişaf yollarını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2015 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Sentyabrın 8-dən Bakıda öz işinə başlayacaq Ümumdünya Gömrük Təşkilatının (ÜGT)10-cu beynəlxalq PICARD - "Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı" konfransı zamanı dünyada gömrük işlərinin inkişaf yolları nəzərdən keçiriləcək.

Trend-in məlumatına əsasən, bu barədə ÜGT-nin baş katibi Kunio Mikuriya ilə görüşü çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGT) rəhbəri Aydın Əliyev deyib.

O bildirib ki, konfransda 53 ölkədən 200-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Həmçinin tədbirdə 20-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti