Azərbaycan, Astara, 9 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/
Azərbaycan və İran nümayəndə heyətlərinin görüşü keçirilir.
Trend-in məlumatına görə, oktyabrın 9-da Astarada (Azərbaycan) Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin iştirakı ilə Azərbaycan və İran nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.
Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi ilə bağlı müzakirələr davam edir.