Bakı. Trend:
İqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatı qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin genişləndirilməsi, eləcə də 2016-cı ildə Türkiyədə keçiriləcək müxtəlif tədbirlərdə Azərbaycan iş adamlarının iştirakı və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edib.