...

Azərbaycanın bank olmayan kredit təşkilatı manat və dollar istiqrazları buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 16:20 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Viza Kredit" bank olmayan kredit təşkilatının manat və dollarda faizli, təmin edilməmiş, adlı istiqrazlarının emissiya prospektlərini qeydiyyata alıb.
Azərbaycanın bank olmayan kredit təşkilatı manat və dollar istiqrazları buraxır

Bakı. Ənvər Məmmədov - Trend:

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Viza Kredit" bank olmayan kredit təşkilatının manat və dollarda faizli, təmin edilməmiş, adlı istiqrazlarının emissiya prospektlərini qeydiyyata alıb. Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 90 istiqraz və hər birinin nominal dəyəri 1000 dollar olan 500 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti 1095 gün, istiqraz üzrə faiz dərəcəsi 12 faiz, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.

Yerləşdirmənin anderrayteri qismində "Kapital Menecment" çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti