...

"Parabank" digər banklarla birləşmək barədə qərar qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 11:48 (UTC +04:00)
"Parabank"ın səhmdarları martın 7-dən digər banklarla birləşmək məsələsini müzakirə edəcəklər.
"Parabank" digər banklarla birləşmək barədə qərar qəbul edəcək

Bakı. Azad Həsənli - Trend:

"Parabank"ın səhmdarları martın 7-dən digər banklarla birləşmək məsələsini müzakirə edəcəklər.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, səhmdarların yığıncağının gündəliyinə, həmçinin nizamnaməyə dəyişiklik edilməsi, Müşahidə Şurasının yeni tərkibinin seçilməsi, İdarə Heyətinin yeni tərkibinin seçilməsi, Audit Komitəsinin yeni tərkibinin seçilməsi məsələləri daxildir.

Daha əvvəl Trend məlumat yaymışdı ki, "Parabank" "NBCBank" və "Kredobank" ilə birləşmək niyyətindədir.

Bundan başqa, daha əvvəl verilmiş məlumata görə, "NBCBank" "Parabank" və "Kredobank" ilə birləşmək niyyəti barədə artıq protokol imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti