Bakı. Rufiz Hafizoğlu - Trend:
Əlverişsiz hava şəraiti ilə əlaqədar martın 3-ə və 4-ə planlaşdırılmış İstanbul-Bakı reysləri ləğv edilib. Bu barədə Trend "Türk Hava Yolları" aviaşirkətinə istinadən məlumat verir.
"Türk Hava Yolları" təyyarəsinin İstanbuldan uçuşu martın 3-ü yerli vaxtla saat 22:55-ə və martın 4-ü yerli vaxtla saat 08:15-ə planlaşdırılmışdı.