...

PASHA Bank Georgia-da yeni təyinat

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2016 13:26 (UTC +04:00)
Pərvin Əhədzadə "PAŞA Bank"ın Gürcüstandakı törəmə strukturunun Auditor Komitəsinin tərkibinə daxil olub.
PASHA Bank Georgia-da yeni təyinat

Bakı. Ənvər Məmmədov - Trend:

Pərvin Əhədzadə "PAŞA Bank"ın Gürcüstandakı törəmə strukturunun Auditor Komitəsinin tərkibinə daxil olub.

Trend-in məlumatına görə, müvafiq dəyişiklik bankın saytında yenilənmiş strukturda öz əksini tapıb.

O bu vəzifədə daha əvvəl PASHA Bank Georgia-nın komitəsini tərk etmiş Xəyalə Nağıyevanı əvəzləyib.

Bankın saytında olan məlumata əsasən, PASHA Bank Georgia-nın Auditor Komitəsinin tərkibinə Cəmil Məmmədov da daxildir, komitəyə isə Azər Sadıqov rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti