Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti Səudiyyə Ərəbistan əsilli Naef Salam Məhəmməd Ucaym əl-Həbabini terrorçuluğu dəstəkləməyə görə beynəlxalq sanksiyaların aid edildiyi şəxslərin siyahısına daxil edib.
Trend-in Xidmətə istinadən verdiyi məlumata əsasən, Küveyt vətəndaşı olan əl-Həbabinin "Əl-Qaidə" ilə əlaqəsi var və 2010-cu ildən Əfqanıstanda onun batalyonuna rəhbərlik edir.