...

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 17:42 (UTC +04:00)
Azərbaycanda mayın 1-dək 273 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda mayın 1-dək 273 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövrdə 17,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 20,3 min hektar sahədə qarğıdalı (ondan 19,6 min hektarı dən üçün), 57,1 min hektar sahədə kartof, 52,8 min hektar sahədə tərəvəz, 18,3 min hektar sahədə bostan bitkiləri, 6,2 min hektar sahədə şəkər çuğunduru, 5,6 min hektar sahədə dən üçün günəbaxan, 964 hektar sahədə tütün, 33,0 min hektar sahədə pambıq, 59,7 min hektar sahədə çoxillik otlar və 1,0 min hektar sahədə birillik otlar əkilib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında diri çəkidə ət istehsalı 2 faiz artaraq 151,0 min ton, süd istehsalı 3,9 faiz artaraq 622,4 min ton, yumurta istehsalı 5,2 faiz artaraq 542,8 milyon ədəd, yun istehsalı isə 5,4 faiz artaraq 2,9 min ton olub.

İlin əvvəlindən 59,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz çox tərəvəz, 8,3 min ton və ya 20 faiz çox kartof toplanıb.

2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 12,3 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti