...

BVF IV Maddə üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələrə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2016 19:17 (UTC +04:00)
Mayın 19-da Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbərlər Şurasında Azərbaycanı təmsil edən maliyyə naziri Samir Şərifov BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul edib.
BVF IV Maddə üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələrə başladı

Bakı. Trend:

Mayın 19-da Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbərlər Şurasında Azərbaycanı təmsil edən maliyyə naziri Samir Şərifov BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı ölkənin makroiqtisadi, fiskal və bank sektorundakı vəziyyət, habelə büdcə parametrləri üzrə fikir mübadiləsi aparılıb, xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması ilə bağlı hökumət tərəfindən atılan addımlar müzakirə olunub.

BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə göüşləri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti