...

Türkiyə BTQ dəmir yolunun tikintisini sürətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2016 13:27 (UTC +04:00)
Türkiyə ərazisində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisini sürətləndirəcək.
Türkiyə BTQ dəmir yolunun tikintisini sürətləndirəcək

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə ərazisində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisini sürətləndirəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, bu gün Qars vilayətində BTQ-nin tikintisinin gedişi ilə tanış olacaq: "BTQ-nin tikinti layihəsi Türkiyə və bütün region üçün çox vacibdir".

Nazir qeyd edib ki, dəmir yolunun Gürcüstan hissəsi 2016-cı ilin sonunda başa çatacaq. Bundan sonra yalnız Türkiyədə tikinti işlərini yekunlaşdırmaq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti