...

BVF: Azərbaycan iqtisadiyyatı arta bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2016 16:48 (UTC +04:00)
2016-cı ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatı müəyyən artım nümayiş etdirə bilər.
BVF: Azərbaycan iqtisadiyyatı arta bilər

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatı müəyyən artım nümayiş etdirə bilər. Trend-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünya iqtisadiyyatının dəyişkənliyi ilə bağlı çətinliklərinə baxmayaraq, ölkənin valyuta ehtiyatları və tədiyə balansı getdikcə yaxşılaşır: "Eyni zamanda neftin qiymətləri də artır".

Əl-Qorçi qeyd edib ki, regionun digər ölkələri də belə çətinliklərlə üzləşib, lakin Azərbaycan hökuməti dünya iqtisadiyyatındakı mənfi proseslərə vaxtında reaksiya verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti