Bakı. Maksim Tsurkov - Trend:
"Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ilin ortalarına bütün qatarlarda GPS-naviqasiya sistemini quraşdıracaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, GPS-naviqasiya sistemləri yük, sərnişin vaqonlarında, elektrovoz və teplovozlarda quraşdırılacaq:
"Bununla da hər bir qatar və vaqonun yerləşdiyi yeri müəyyən edə, gecikmənin səbəblərini aşkarlaya, yanacaq və elektrik enerjisinin dəqiq sərfiyyatını hesablaya biləcəyik. Fikrimcə, bu proses gələn ilin ortalarına başa çatacaq".