...

İqtisadiyyat naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2016 11:13 (UTC +04:00)
İyulun 1-də İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

İyulun 1-də İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən əmlumatda bildirilir.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Heydər Əliyev Xatirə Parkı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, Nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, (050) 235 01 07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti