...

Sığorta bazarının iştirakçılarının nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2016 18:30 (UTC +04:00)
Sığorta bazarının peşəkar iştirakçılarının hesabatların verilməsi üçün istifadə etdikləri daxil olma linki dəyişib.
Sığorta bazarının iştirakçılarının nəzərinə

Bakı. Trend:

Sığorta bazarının peşəkar iştirakçılarının Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim etməli olduqları hesabatların elektron formada verilməsi üçün istifadə etdikləri link ünvanı yenisi ilə əvəz olunub.

Palatadan Trend-ə verilən məlumata görə, belə ki, müvafiq hesabatları təqdim etmək üçün istifadə edilən https://sns.maliyye.gov.az daxil olma linki https://sns.fimsa.az ilə dəyişdirilib.

Sözügedən linkə daha rahat daxil olub hesabatların təqdim edilməsi üçün istifadəçilərin “flock” internet brauzerindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, sığorta qanunvericiliyinə əsasən hesabat dövrü başa çatdıqdan sonra 20 gün ərzində sığortaçılar MBNP-yə aylıq, rüblük və illik dəqiqləşdirilmiş, təkrarsığortaçılar rüblük və illik dəqiqləşdirilmiş və sığorta vasitəçiləri isə rüblük artan yekun üzrə hesabatlar verməlidirlər.

Hesabatların https://sns.fimsa.az linki vasitəsilə təqdim edilməsi ilə bağlı sığorta bazarının peşəkar iştirakçılarının hər hansı bir sualı yaranarsa 012 493 50 58 (daxili 414) nömrəsilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli fərmanı ilə yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti