...

Fitch: Azərbaycanda sosial və siyasi sabitlik qorunacaq (YENİLƏNİB-2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2016 10:32 (UTC +04:00)
Ölkə həddi reytinqi isə “BB+” səviyyəsində təsdiq olunub.
Fitch: Azərbaycanda sosial və siyasi sabitlik qorunacaq (YENİLƏNİB-2)

Bakı. Azad Həsənli - Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda sosial və siyasi sabitliyin qorunacağını, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi və maliyyə sabitliyinə zərər verə biləcək səviyyədə davamlı eskalasiyasının olmayacağını gözləyir.

Bu barədə Trend agentliyin hesabatına istinadən məlumat verir.

"Fitch Ratings” Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib.

Agentlik Azərbaycanın xarici valyutada olan prioritet təmin edilməmiş istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib. Ölkə həddi reytinqi isə “BB+” səviyyəsində təsdiq olunub.

Agentliyin fikrincə, reytinq güclü tədiyə balansını və dövlət borcunun aşağı olmasını əks etdirir ki, bu da əvvəlki illərdə alınan yüksək neft gəlirləri ilə bağlıdır.

“Fitch” qeyd edir ki, fiskal göstəricilər neftin qiymətinin azalmasına görə zərər görüb. Hesabata əsasən, xarici tədiyyə balansı neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, güclü olaraq qalır.

Agentliyin ekspertləri vurğulayırlar ki, 2016-cı ildə ikirəqəmli səviyyədə olan inflyasiya, gələn il birrəqəmli göstəriciyə qayıdacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti