...

SOCAR və “Petronas” memorandum imzaladılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2016 18:38 (UTC +04:00)

Bakı. Trend:

SOCAR və PETRONAS şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, SOCAR və Malaziyanın “PETRONAS (E&P) OVERSEAS VENTURES SDN. BHD” (“PETRONAS”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun şərtlərinə əsasən, şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“PSA”) əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti