...

Azərbaycanın mikromaliyyə təşkilatları kreditlərin ödənişi prosedurunu sadələşdirir (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2016 11:46 (UTC +04:00)
Azərbaycanın mikromaliyyə təşkilatları kreditlərin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə kredit siyasəti və strategiyasını nəzərdə tutur.
Azərbaycanın mikromaliyyə təşkilatları kreditlərin ödənişi prosedurunu sadələşdirir (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycanın mikromaliyyə təşkilatları kreditlərin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə kredit siyasəti və strategiyasını nəzərdə tutur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov Bakıda VIII Azərbaycan Mikromaliyyə Konfransında deyib.

O qeyd edib ki, hazırda mikromaliyyə təşkilatlarının kredit portfeli 485,16 milyon dollar təşkil edir.

S.Kələşovun sözlərinə görə, Assosiasiyanın tərkibinə 21 bank olmayan kredit təşkilatı, 10 bank və bəzi lizinq şirkəti daxildir: "Təkcə bank olmayan kredit təşkilatlarının 207-210 milyon manat həcmində kredit portfeli var. Onların müştəri bazası 370 min nəfərə çatır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti