...

İpoteka Fondu 20 milyon manatlıq istiqraz buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2017 15:35 (UTC +04:00)
“Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 20 000 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2012008689 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb.
İpoteka Fondu 20 milyon manatlıq istiqraz buraxır

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 20 000 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2012008689 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti isə 3600 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti