Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) təqribən 80 faizi özəl sektorun hesabına formalaşır ki, bu da hazırda müsbət nailiyyətdir.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "Ticarətə hazır ol" layihəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, hələ bir neçə il əvvəl ölkə iqtisadiyyatı əsasən dövlət sektoru hesabına formalaşırdı:
"Lakin aparılan islahatlar və özəl sektora göstərilən diqqət bu müsbət nəticələrin əldə olunmasına imkan verdi".