...

Nazir: Türkiyədən pomidor almayacağıq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2017 13:19 (UTC +04:00)
Rusiya Türkiyədən pomidor idxal etməyə hazır deyil və bunu etmək niyyəti də yoxdur
Nazir: Türkiyədən pomidor almayacağıq

Bakı. Trend:

Rusiya Türkiyədən pomidor idxal etməyə hazır deyil və gələcəkdə də bunu etmək niyyəti yoxdur.

Trend-in məlumatına görə, bunu Rusiya televiziyasına müsahibəsi zamanı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov deyib.

Onun sözlərinə görə, Türkiyədən idxal dayandırıldıqdan sonra Rusiya bazarının pomidor və digər tərəvəzlərlə təmin olunması üçün yerli biznes təşviq edilib. Nazir əlavə edib: “Bu prosesdən geri qayıtmaq yerli istehsalçılara qarşı ədalətsizlik olardı”.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında Türkiyə pomidorlarının Rusiyaya məhdud tədarükü üzrə danışıqlar avqustun 18-ə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti