Bakı. Ənvər Məmmədov - Trend:
Son 23 ay ərzində Azərbaycanda sahibkarlıq sahəsində 113 yoxlama aparılıb.
Trend-in məlumatına görə, bunu "Azərbaycanın rəqəmsal ticarət habı" I Beynəlxalq konfransında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
O bildirib ki, bu yoxlamalar Vergilər Nazirliyinin xətti ilə keçirilb:
"Halbuki ötən illər ərzində yüz minlərlə yoxlama aparılmışdı. Yəni biz sahibkarlıq sahəsində yoxlamaları min dəfələrlə azaltmağa nail olduq".