...

Azərbaycan və Beynəlxalq Valyuta Fondu məsləhətləşmələrə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2017 11:05 (UTC +04:00)
Məhəmməd əl-Qorçinin başçılığı ilə Fondun rəsmi missiyası Bakıya gəlib.
Azərbaycan və Beynəlxalq Valyuta Fondu məsləhətləşmələrə başlayır

Bakı. Ənvər Məmmədov - Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə rəhbəri Məhəmməd əl-Qorçinin başçılığı ilə Fondun rəsmi missiyası Bakıya gəlib.

BVF-nin Bakıdakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, missiyanın səfərində məqsəd Azərbaycan hökuməti ilə BVF Nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr aparmaqdır.

Həmçinin Azərbaycanın dövlət büdcəsi layihəsi, iqtisadi islahatlar və makroiqtisadi proqnozlar müzakirə olunacaq.

Missiya dekabrın 14-dək Bakıda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti