...

"Şimal-Cənub" dəhlizi Estoniya biznesi üçün İran, Yaxın Şərq, Hindistan bazarlarına çıxış imkanıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2018 02:31 (UTC +04:00)
Estoniya "Şimal-Cənub" beynəlxalq nəqliyyat marşrutuna qoşula bilər
"Şimal-Cənub" dəhlizi Estoniya biznesi üçün İran, Yaxın Şərq, Hindistan bazarlarına çıxış imkanıdır

Bakı. Trend:

Estoniya "Şimal-Cənub" beynəlxalq nəqliyyat marşrutuna qoşula bilər.

Trend-in Estoniya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik bildirib.

İ.Kiverik deyib: "Azərbaycan üçün Estoniya Skandinaviya bazarına çıxış imkanıdır. Digər tərəfdən Azərbaycan bizim sahibkarlar üçün İran, Yaxın Şərq, Hindistan bazarına çıxış imkanıdır. Azərbaycanın İranla həm siyasi münasibətləri, həm də dəmiryolu xəttini qaydaya salması bizi sevindirir. Əgər bu yol işləyərsə bizim investorlara və sahibkarlara adıçəkilən bazarlara məhz Azərbaycanın köməyi ilə çıxmaq xeyli asan olacaq.

O, qeyd edib ki, Azərbaycandan Estoniyaya ixracın həcmi artır və iqtisadi əməkdaşlığın göstəriciləri yaxşıdır: "Dövriyyə kiçikdir, hətta cüzidir. Azərbaycanın Estoniyaya investisiyalarına gəlincə, onlar artır. Bu daha çox azərbaycanlı sahibkarların müxtəlif sahələrdə Estoniyada ofislər açması ilə bağlıdır: logistika, məsləhətləşmələr, telekomunikasiya, topdan satış, restoran biznesi".

Xəbər lenti

Xəbər lenti