Bakı. Maksim Tsurkov - Trend:
Rusiyanın metallurgiya şirkətləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşımalara maraq göstərir.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
QSC rəhbəri bildirib ki, ötən həftə Moskvada Rusiyanın metallurgiya şirkətləri ilə danışıqlar aparıb: “Onlar BTQ ilə Rusiyadan Türkiyəyə hər ay 70 min ton metallurgiya məhsulu göndərməyə hazırdır. Rusiya həmçinin BTQ ilə oduncaq daşınmasında, əks istiqamətdə isə ərzaq məhsullarının daşınmasında maraqlıdır”.