...

“AtaBank” ASC reytinq şirkəti ilə əməkdaşlığı dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2018 20:12 (UTC +04:00)
“FitchRatings” şirkəti ilə Bank arasında mövcud olan və müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verilərək əməkdaşlıq dayandırılıb.
“AtaBank” ASC reytinq şirkəti ilə əməkdaşlığı dayandırıb

Bakı. Trend:

“AtaBank” ASC reytinq şirkəti ilə əməkdaşlığı dayandırıb.

Bankdan Trend-ə verilən məlumatda bildirilir ki, kredit reytinqi əsasən xarici bazarlardan vəsaitlərin cəlb olunması zamanı investorlar tərəfindən tələb olunur. Bu gün daxili bazardan xarici bazarlarla müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan reytinqin saxlanılmasına ehtiyac qalmayıb. Bu səbəbdən də, “FitchRatings” şirkəti ilə Bank arasında mövcud olan və müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verilərək əməkdaşlıq dayandırılıb.

Eyni zamanda, Bank növbəti illərdə xarici bazarlardan vəsait cəlb etmə ehtiyacı hiss edərsə “FitchRatings” şirkəti və ya digər beynəlxalq reytinq şirkətləri ilə əməkdaşlığı bərpa edəcəyini istisna etmir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti