...

Nazir müavini: Azərbaycanda dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemi üzrə qanun layihəsi hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2018 13:23 (UTC +04:00)

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycanda dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemi üzrə qanun layihəsi hazırlanıb

Trend-in məlumatına görə, bunu “Azərbaycanda dövlət qulluqçularının əmək haqlarının ödənilməsi sistemlərinin qurulmasının əsasları” adlı tədbir zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

O bildirib ki, bu qanun layisəhi artıq müvafiq orqanlara göndərilib.

Nazir müavini qeyd edib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq ekspertlərin məsləhətləri nəzərə alınıb, eləcə də bu sahədə ekspertlərlə müzakirələr aparılıb.

M.Kərimli xatırladıb ki, ötən ay Azərbaycanda dövlət qulluğu strategiyası yaradılıb:

“Strategiyanın əsas məqsədləri dövlət qulluğu sistemində idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişafı, dövlət qulluqçularının rotasiyası, onların peşəkar bacarıqlarının inkişafı, eləcə də dövlət qulluqçularının təşviqi modelidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti