...

Səfir: 2018-ci ildə Azərbaycanla Belarus arasında ticari-iqtisadi sahədə mühüm irəliləyiş baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2018 13:33 (UTC +04:00)
2018-ci ildə Azərbaycanla Belarus arasında ticari-iqtisadi sahədə mühüm irəliləyiş baş verib
Səfir: 2018-ci ildə Azərbaycanla Belarus arasında ticari-iqtisadi sahədə mühüm irəliləyiş baş verib

Bakı. Trend:

2018-ci ildə Azərbaycanla Belarus arasında ticari-iqtisadi sahədə mühüm irəliləyiş baş verib.

Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

O qeyd edib ki, 2018-ci ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dolları keçib:

“Belarusun Azərbaycana ixracatı, eləcə də Azərbaycanın Belarusa ixracatının artımı üzrə müsbət statistika müşahidə olunub”.

Səfir əlavə edib ki, Belarus və Azərbaycan iqtisadiyyatları rəqib deyil, bir-birlərini tamamlayır və bu amil hər iki ölkə üçün əməkdaşlığın qarşılıqlı səmərəliliyini vurğulayır:

“Belarusdan Azərbaycana ixrac olunan əsas məhsullar maşınqayırma sənayesi, neft-kimya, ağac emalı, əczaçılıq, hərbi-texniki əməkdaşlıq məhsulları olub. Öz növbəsində Azərbaycan Belarusa neft-kimya məhsulları, meyvə-tərəvəz və qeyri-neft sektoruna aid olmayan bir çox digər məhsullar ixrac edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti