Bakı. Taleh Mursaqulov - Trend:
Seymur Mövlayev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinin icra edən təyin edilib.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Qeyd edək ki, S.Mövlayev buna qədər “Aqrolizinq” ASC-nin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Aqrar Xidmətlər Agentliyinin yaradılmasına dair Fərman imzalayıb. Fərmana əsasən, yeni Agentlik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.