...

"Caspian Franchise" potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artıracaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2020 12:16 (UTC +04:00)
Bugünkü tədbirin məqsədi franşiza sahiblərinin, investor və müəssisələrin, eləcə də françayzinq üsulu ilə biznesə başlamaq niyyətində olanların birləşməsidir.
"Caspian Franchise" potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artıracaq (FOTO)

Bakı. Trend:

Bugünkü tədbirin məqsədi franşiza sahiblərinin, investor və müəssisələrin, eləcə də françayzinq üsulu ilə biznesə başlamaq niyyətində olanların birləşməsidir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov Françayzinq üzrə beynəlxalq forum və sərgi zamanı deyib.

O bildirib ki, sərgi potensial investorlara françayzinq sistemi ilə işləyən xarici brendləri nümayiş etdirməyə imkan verəcək, ölkədə franşizaların alqı-satqısı sahəsində “Caspian Franchise” beynəlxalq biznes platforması barədə hərtərəlfli məlumat almaq üçün şərait yaradacaq:

“Bu sərgi, həmçinin sahibkarlarla tərəfdaşlıq əlaqələri qurmağa, françayzinq texnologiyasının incəlikləri ilə tanış olmağa, potensial investorlar üçün Azərbaycanın investisiya cəlbediciliyini artırmağa imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti