...

Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2021 13:46 (UTC +04:00)
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

2020-ci ildə Azərbaycan 125 min ton neft bitumu ixrac edib.

Trend bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən məlumat verir.

Bu göstərici 2019-cu illə müqayisədə 10,4 dəfə çoxdur:

"Məlum olduğu kimi, son onillikdə bitum istehsalı əsasən daxili bazarın tələbatına yönəlmişdi. 2019-cu ildə yeni bitum qurğusunun işə salınması ilə Azərbaycan yenidən bu məhsulun ixracına başlayıb".

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 347,1 min ton neft bitumu istehsal edilib. Bu, 2019-cu illə müqayisədə 51,5 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti