Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:
"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti "ADY Container" Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə yeni logistika marşrutu hazırlayıb.
Bunu Trend-ə MMC-nin mətbuat xidmətinin rəhbəri Balaxan Nəzərov deyib.
Onun sözlərinə görə, TURKUAZ layihəsi çərçivəsində ekspress konteyner daşımaları həyata keçirilir:
"Söhbət İstanbul-Bakı, Mersin-Bakı və əks istiqamətdə yük daşımalarından gedir"
O, əlavə edib ki, bu layihə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının artımına xidmət edəcək:
"BTQ ilə yük dövriyyəsinin artması və əlavə yüklərin cəlb olunması üçün ikitərəfli və çoxtərəfli görüşlər təşkil olunacaq".