...

"Raiffeisen Bank" Azərbaycanda xidmətlərin keyfiyyətinin və sayının artırılmasını hədəfləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2021 20:26 (UTC +04:00)
"Raiffeisen Bank" Azərbaycanda xidmətlərin keyfiyyətinin və sayının artırılmasını hədəfləyir

Bakı. Ləman Zeynalova - Trend:

Avstriyanın "Raiffeisen Bank International" bankı Azərbaycanda xidmətlərin həm keyfiyyətinin, həm də sayının artırılmasını hədəfləyir.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, şirkətin əsas hədəfi MDB regionunda inkişaf etməkdə olan bazarlara sürətli və dayanıqlı şəkildə böyüməyə kömək etməkdir: "Azərbaycanlı tərəfdaşlarımıza göstərdiyimiz xidmətlərin həm keyfiyyətinin, həm də sayının artırılmasına ümid edirik. Ənənəvi maliyyə xidmətlərini təqdim olunması ilə yanaşı, biz ikitərəfli münasibətləri daha da möhkəmləndirməyi planlaşdırırıq. "Raiffeisen Bank International" uzun müddətdir ki, Azərbaycan maliyyə bazarının Avropada müxbir bankıdır. İndi biz ölkənin iri maliyyə institutları ilə sıx əməkdaşlıq edirik. Biz Azərbaycandakı tərəfdaşlarımıza ən yaxşı maliyyə və bank xidmətləri təklif etmək üçün əlimizdən gələni edirik".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti