...

2019-cu ildən bəri Azərbaycanda avtomobil parkının yarısından çoxu yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2022 13:28 (UTC +04:00)
2019-cu ildən bəri Azərbaycanda avtomobil parkının yarısından çoxu yenilənib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2019-cu ildən bəri Azərbaycanda avtomobil parkı 57 faiz yenilənib.

Trend-in məlumatına görə, bunu "Toyota Center Baku"nun nümayəndəsi Eldəniz Cəfərov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında deyib.

O bildirib ki, 2018-ci ildə dünyada elektromobil və hibrid avtomobillərin satışı rekord vuraraq 2,1 milyona çatıb.

"2035-ci ilədək Avropa dizel yanacaqlı avtomobillərin satışından tam imtina etməyi planlaşdırır. Analoji addımlar Azərbaycanda da atılır", - deyə E.Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda özəl sektor ekoloji təmiz avtomobillərə xidmət göstərilməsi üzrə müvafiq servis mərkəzləri yaratmaqla avtomobil istehsalçılarını dəstəkləyə bilər.

"Burada həm də bank sektoru böyük rol oynayır. Azərbaycan Mərkəzi Bankı Banklar Assosiasiyası ilə birgə ekoloji təmiz avtomobillərin alınması üçün kredit dərəcələrinin azaldılması məsələsi üzrə işlər aparır", - E.Cəfərov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti