...

2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım proqnozları açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2022 11:16 (UTC +04:00)
2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım proqnozları açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Nikbin inkişaf ssenarisində 2023-cü ildə Azərbaycanda qeyri-neft ÜDM-in orta illik artımı 5,6 faiz təşkil edəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün VI Beynəlxalq bankçılıq forumunun açılışında deyib.

O qeyd edib ki, "2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsində ÜDM-in artımının üç ssenarisi hazırlanıb.

"2023-cü ildə ÜDM-in artımı nikbin ssenaridə 3,3 faiz təşkil edəcək. Qeyd edək ki, nikbin ssenari neftin bir barelinin qiymətinin 60 dollar olmasına əsaslanır", - deyə o bildirib.

T.Mirkişili vurğulayıb ki, proqnozlara əsasən 2022-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımı ildə 4,1 faiz, qeyri-neft ÜDM-in artımı 6,3 faiz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti