...

Qiymətli kağızların yeni emissiya sisteminin üstünlükləri nədir?

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2023 12:22 (UTC +04:00)
Qiymətli kağızların yeni emissiya sisteminin üstünlükləri nədir?
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qiymətli kağızların yeni emissiya sistemi qiymətli kağız buraxılışının dövlət qeydiyyatı, qiymətli kağızların ölkə daxilində və hüdudlarında buraxılması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqlənməsi, emissiya yekunlarına dair hesabatların təsdiqlənməsi kimi əməliyyatları həyata keçirməyə imkan verir.

Trend cümə günü xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Qiymətli kağızların qeydiyyatı bölməsinin rəhbəri Asəf Məmmədov "Emitent günü" tədbirində deyib.

Onun sözlərinə görə, əvvəllər emitentlər yuxarıda qeyd olunan əməliyyatlar üzrə ayrılıqda müraciət edirdilər və tələb olunan sənədlər kağız daşıyıclarda təqdim olunurdu.

"İndi isə buna ehtiyac yoxdur, bütün məlumatları sayta elektron formada yükləmək mümkündür. Bütünlükdə qiymətli kağızların qeydiyyatı çoxmərhələli prosesdir. Bu prosesə əsasən emitent şirkət bu qiymətli kağızların buraxılmasına qərar verməli, Mərkəzi Banka müraciət etməli, daha sonra qiymətli kağız Milli Depozit Mərkəzində qeydiyyatdan keçirilməli, bu proseslərdən sonra Bakı Fond Birjasına müraciət olunmalıdır", - o deyib.

A.Məmmədovun sözlərinə görə, prosesin elektronlaşması emitentlərin vaxta bir neçə həftə qənaət etməsinə və bir sıra xərcləri azaltmasına imkan verir.

"Məsələn, əvvəllər şirkət nümayəndələri rayondan gələrək sənədləri təqdim etməli, onları notariusda təsdiqlətməli və bəzən oteldə qalmalı olurdular. Bu prosesin poçt vasitəsilə icrası da əlavə vaxt itkisi və əlavə xərclər demək idi. İndi isə yeni sistemin işə salınması ilə bütün proses cəmi 10-15 dəqiqə çəki", - deyə o əlavə eidb.

Qeyd edək ki, 2 dekabr 2022-ci ildə Azərbaycan Mərkəzi Bankı qiymətli kağızların yeni emissiya sistemini istifadəyə verib.

Bu sistem vasitəsilə investisiya məqsədli qiymətli kağızların (səhm və istiqrazlar) dövlət qeydiyyatı və yerləşdirilməsi ilə əlaqədar Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası tərəfindən emitentlərə göstərilən xidmətlər elektronlaşdırılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti