...

AZƏRBAYCAN-TÜRKİYƏ BİZNES FORUMUNUN PAYIZDA KEÇİRİLƏCƏYİ PLANLAŞDIRILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2005 12:22 (UTC +04:00)

Azərbaycan-Türkiyə biznes forumunun cari ilin payızında keçirilməsi planlaşdırılır. Prezident yanında sahibkarlıq şurası katibliyinin rəhbəri Əlihüseyn Şaliyevin Trend ə bildirdiyi kimi, bu tədbir cari ilin sentyabr-oktyabr aylarında keçiriləcək.

Ə.Şaliyevin qeyd etdiyi kimi, bu tədbirin təşəbbüsçüsü kimi Türkiyə tərəfi çıxış edib. "Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyevin Türkiyəyə səfəri zamanı ona sentyabr-oktyabr aylarında Azərbaycanda belə bir forumun keçirilməsinə dair təklif daxil omuşdu. Hazırda bu tədbirin təşkil olunması üzrə layihə işlənib hazırlanır", - deyə Ə.Şaliyev bildirib.
Qeyd edək ki, iqtisadi inkişaf naziri Fərhad Əliyev VIII Avrasiya iqtisadi sammitində, həmçinin iqtisadi Əməkdaşlıq Təşkilatının iqtisadi və ticarət sektorları nazirlərinin III iclasında iştirak etmək məqsədilə iyulun 5-7-də İstanbula səfərə getmişdi.

Xəbər lenti

Xəbər lenti