Vergilər Nazirliyi Azpetrol holdinqində yoxlamaları başa çatdırsa da, nəticələr aktın şirkətə rəsmən təqdim olunmasından sonra elan olunacaq. Trend in verdiyi məlumata görə, bu barədə bu günki mətbuat konfransında vergilər naziri Fazil Məmmədov məlumat verib.
Onun sözlərinə görə, həm Azpetrol şirkətində, həm də onun "Azərtrans" törəmə yarımbölməsində ciddi çatışmazlıqlar var.
Vergi yoxlamaları ötən ildən başlanılıb və dövlət büdcəsinə böyük məbləğdə vergidən yayınma üzrə faktların aşkar olunması ilə bağlı davam etdirilib.