...

Barmek-Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul istefa verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2006 13:28 (UTC +04:00)

Barmek-Azərbaycan şirkətinin prezidenti Hüseyn Arabul istefa haqqında ərizə verib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev avqustun 10-da jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, sənəd bir gün əvvəl qəbul edilib. Nazir qeyd edib ki, indi elektrik enerjisinin təmin edilmə məsələləri ilə Bakı və Sumqayıt elektrik şəbəkələri məşğul olacaq. "Tezliklə bu qurumlarda da təyinatların olacağı gözlənilir. İndi və qış vaxtı ərzində işıqla bağlı heç bir problem olmayacaq", - deyə o bildirib.

H.Babayev həmçinin bildirib ki, elektrik enerjisindən istifadəyə görə yığımlar 100 faiz yerinə yetiriləcək. Bu məsələ prezident İlham Əliyevin də nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti