...

Azərbaycanda daha trolleybus işləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2006 15:27 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2006-cı ilin yanvar-iyul aylarında Azərbaycanın nəqliyyat sektoru tərəfindən 78,1 mln. ton müxtəlif yük daşınıb ki, bu da ötən ilin müvafiq dövründən 9,5% çoxdur. Bunun 54,5%-i özəl sektorun payına düşüb. Son 7 ay ərzində daşınmış yüklərin 52,1%-i avtomobil nəqliyyatı, 14,5%-i - boru kəmərləri, 22,8%-i - dəmir yolu, 10,5%-i - dəniz nəqliyyatının payına düşüb.

Yanvar-iyul aylarında sərnişin nəqliyyatı ilə 596,9 mln. nəfər daşınıb ki, bu da ötən ilin müvafiq dövründən 5,5% çoxdur. Bunun 83,9%-i özəl sektor tərəfindən həyata keçirilib.

Dəmir yolu nəqliyyatı ilə 17,8 mln. ton müxtəlif yük daşınıb ki, bu da ötən ilin müvafiq göstəricisindən 26,9% çoxdur.

Dəniz nəqliyyatı ilə 8,2 mln. ton, yəni da ötən ilin müvafiq müddətilə müqayisədə 6% çox yük daşınıb. Bunun üçdə biri neft və neft məhsulları, qalan hissəsi isə quru yüklərin payına düşüb. 99,6%-i beynəlxalq əməliyyatların payına düşüb.

Azərbaycanın limanlarında emal olunan yüklərin həcmi 3,7 mln. ton təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 6,8% çoxdur. Bunun 82,5%-i tranzit yüklərinin payına düşüb ki, bu da 0,7% enmə deməkdir. Bununla yanaşı, idxal yüklərinin həcmi 1,5 dəfə, ixrac yüklərinin həcmi isə 1,8 dəfə artıb.

Avtomobil nəqliyyatı ilə 40,7 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq müddətilə müqayisədə 6,2% çoxdur. Sərnişin daşımanın həcmi 501,8 mln. nəfər (artım - 5,4%) təşkil edib.

Metropolitin tərəfindən sərnişin daşımanın həcmi 6,5% artaraq 91,2 mln. nəfər təşkil edib. İyul ayından etibarən trolleybusla sərnişin daşıma tamamilə dayandırılıb.

Hava nəqliyyatı ilə sərnişin daşıma 8,5% artaraq 700,4 min nəfər təşkil edib. Bunun 5,2%-i qeyri-dövlət sektorun payına düşüb.

Avrasiya nəqliyyat dəhlizilə Azərbaycan ərazisindən yanvar-iyun aylarında 24,1 mln. ton yük daşınıb ki, bu da ötən ilin müvafiq göstəricisindən 10,5% çoxdur və respublikada daşınan yüklərin 35,8%-i təşkil edib.

Xəbər lenti

Xəbər lenti