...

Bank Respublika 2006-cı ilin iyul ayına yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2006 15:02 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Bank Respublika maliyyə göstəricilərini daha da yaxşılaşdırıb. Bankın aktivləri bu dövrdə 39,1% artaraq 1 avqust tarixinə 81037,5 min manat təşkil edib. Trend in bankın məlumatına istinadən xəbər verdiyi kimi, qeyd edilən tarixə Bankın kredit portfelinin həcmi 59% artaraq 52827,7 min manat olub.

Müştərilərin depozitləri 1 avqust tarixinə 38385,9 min manat olub və bu ilin əvvəli ilə müqayisədə 71,5% çoxdur. Əhalinin müddətli əmanətlərinin həcmi isə 42,1% artaraq 18474,6 min manat təşkil edib. Qeyd edilən dövr ərzində Bank Respublika-nın məcmu kapitalı da 8,3% artaraq 11183,4 min manat olub.

Bank Respublika-nın yanvar-iyul ayları ərzində gəlirləri 6658,3 min manat, xərcləri isə 5468,3 min manata bərabər olub. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 1190 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti