...

IFC "AGBank"ın kapitalına daxil olması üçün bankın səhmlərinin emissiyası elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2006 16:45 (UTC +04:00)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azəriqazbank" ASC-nin sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend in Bakı Fond Birjasının (BFB) məlumatına istinadən xəbər verdiyi kimi, emissiyanın həcmi 1,8 mln. AZN təşkil edir. Bu zaman bir səhmin nominal dəyəri 2 AZN-dir.

"Azəriqazbank" səhmlərinin buraxılması Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) bankın səhmdarları heyətinə daxil olması ilə bağlıdır. Bank və IFC arasında müqavilə 2006-cı ilin sentyabrın 8-də bağlanıb. Maliyyə korporasiyası 17,5%-lik səhm paketi əldə edib.

Əqd nominal üzrə baş tutub. İFC-in Azərbaycan bankındakı iştirak payını ödədikdən və bankın kapitalına gözlənilən Asiya İnkişaf Bankının daxil olmasından sonra bankın nizamnamə kapitalı səhmdar banklar tərəfindən elan olunmuş səviyyəyə - 12 mln. AZN-ə çatdırılacaq. Hazırda "Azəriqazbank"ın səhmdarlarının 94%-i fiziki şəxslərdir.

Beynəlxalq maliyyə institutlarına veriləcək səhm paketinin ümumi həcmi 35% təşkil edir. Bunun üçün artıq Azərbaycan Milli Bankından rəsmi razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti