...

Azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramının hazırlanması üzrə komissiyanın birinci iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2006 13:52 (UTC +04:00)

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin sədrliyi ilə azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramının hazırlanması üzrə komissiyanın birinci iclası keçirilib. Trend in İİN-nin məlumatına istinadən xəbər verdiyi kimi, iclasda Maliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiə, Gənclər və İdman nazirlikləri, o cümlədən Milli Elmlər Akademiyasının vəzifəli şəxsləri və mütəxəssisləri iştirak edib.

Görüşdə dövlət proqramının ölkənin əmək bazarının rəqabətqabiliyyətli iqtisadi sistemin tələblərinə uyğun formalaşdırılması, ölkənin müasir tələblərə cavab verən kadrlarla təmin olunması, xaricdə təhsil almaq üçün gənclərin seçilməsi və bu prosesdə şəffalığın təmin olunması ilə bağlı əsas istiqamətləri müzakirə olunub.

Heydər Babayev nüfuzlu xarici universitetlərdə yüksək ixtisaslı milli kadrların hazırlanması və Azərbaycanda treninqlərin təşkil olunması üçün insan kapitalının inkişaf Fonduun yaradılmasının məqsədəuyğunluğunu qeyd edib. Komissiyada Fondun ali idarəetmə orqanı kimi Himayəçilər Şurasının yaradılması məqsədəuyğun hesab edilib. Şuranın tərkibinə müvafiq qurumların nümayəndələri daxil olacaq.

Proqramın hazırlanması prosesinə ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların, QHT (IREX, BTMM, American Councils for Education və s.), xaricdə təhsil alan Azərbaycan Gəncləri QHT və KİV nümayəndələrinin cəlb edilməsi planlaşdırılır.

Müşavirədə müvafiq idarə və təşkilatların mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və iş qrafiki təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti