...

Azərbaycanın fond bazarında bütün seqmentlərdə əhəmiyyətli artım müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci ilin yanvar-mart ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə bağlanılmış əqdlərin ümumi həjmi 532,007 mln. AZN təşkil etmişdir, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisini 310,55% üstələyir. Bu sövdələşmələrin 90,23%-i dövlət qiymətli kağızlarının payına düşür.

Birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmamışdır. Azalma səhmlərin təkrar bazarında (12,05% həcmində) nəzərə çarpmışdır. Bundan əlavə, DQİ-lərin təkrar bazarında əməliyyatlar qeydə alınmamışdır. Ən böyük artım repo əməliyyatlar seqmentində müşahidə olunmuşdur.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl

(yanvar-mart 2007)

Bazarın seqmentləri 2007 (31.03.07)AZN 2006 (31.03.06)AZN 2006-cı ilə faiz nisbəti
DQİ (AR MN) - (yerləşdirmə) 25.422.174,74 17.979.132,66 141,40
DQİ (AR MN) - (təkrar bazar) 0,00 3.099.369,18 -
Notlar (AR MB) - (yerləşdirmə) 299.404.858,88 111.571.951,68 268,35
Notlar (AR MB) - (təkrar bazar) 26.009.762,18 8.231.490,86 315,98
Repo əməliyyatlar 129.189.269,81 14.586.841,59 885,66
Cəmi DQK bazarı 480.026.063,61 155.468.785,97 308,76
Korporativ istiqrazlar - (yerləşdirmə) 10.592.230,00 2.762.527,20 383,43
Korporativ istiqrazlar - (təkrar bazar) 982.605,43 484.751,14 202,70
Səhmlər - (yerləşdirmə) 39.120.707,60 11.134.136,00 351,36
Səhmlər - (təkrar bazar) 1.285.508,20 1.461.677,88 87,95
Cəmi KQK bazarı 51.981.051,23 15.843.092,22 328,10
CƏMİ 532.007.114,84 171.311.878,19 310,55
Xəbər lenti

Xəbər lenti