...

Azərbaycanda I rübdə istehlak qiymətləri indeksi təxminən 17% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 13:04 (UTC +04:00)
Azərbaycanda I rübdə istehlak qiymətləri indeksi təxminən 17% təşkil edib

Azərbaycan,Bakı/müxbir Trend /I rübdə Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 16,98 faiz təşkil edib. Bu göstəricilər İqtisadi Araşdırmalar Mərkəzi və USAID-in birgə monitorinqinin hesabatında dərc olunub.

Xidmətlər sahəsində qiymət artımı 27,91 faiz, ərzaq mallarına - 16,98 faiz, qeyri-ərzaq mallarına - 11,83 faiz təşkil edib.

Yanvarda daha böyük qiymət artımı xidmətlər sahəsində (25,27 faiz), daha sonra ərzaq malları (12,03) sahəsində müşahidə olunub. Bu da ilk növbədə Tarif Şurasının enerji daşıyıcıları və kommunal xərclərə olan qiymətlərin artırılmsı ilə bağlı yanvarda qəbul etdiyi qərarla izah olunur, hesabatla bildirilib.

Fevralda qeyri-ərzaq məhsullarının İQİ-si yanvar göstəricilərini 3,51 faiz üstələyib. Martda ərzaq məhsullarının İQİ-nin artımı ilk növbədə "Novruz" bayramı ilə əlaqədardır. Həmin vaxt bəzi məhsulların qiyməti əhəmiyyətli dərəcədə artır.

Bakıda birinci rübdə İQİ 17,35 faiz təşkil edib. Bununla belə, xidmətlər sahəsində qiymət artımı - 29,66 faiz, ərzaq mallarına qiymət artımı - 15,58 faiz, qeyri-ərzaq mallarına qiymət artımı - 12,04 faiz təşkil edib.

Birinci rübdə ölkənin regionlarında istehlak qiymətləri indeksi 16,29 faiz təşkil edib, bu dövrdə xidmətlər sahəsində 25,68 faiz artım baş verib. Bu dövr ərzində ərzaq mallarının qiyməti 15,02 faiz, qeyri-ərzaq mallarının qiyməti 11,56 faiz artıb.

Xəbər lenti

Xəbər lenti