...

AZPROMO rəhbəri: "Azərbaycanla Cənubi Koreya Seulda qarşılıqlı anlaşma haqqında üç memorandum imzalayıblar"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 15:47 (UTC +04:00)
AZPROMO rəhbəri: "Azərbaycanla Cənubi Koreya Seulda qarşılıqlı anlaşma haqqında üç memorandum imzalayıblar"

Azərbaycan, Bakı / Trend / Çərşənbə axşamı Seulda keçirilən Koreya-Azərbaycan biznes-forumunun yekunlarına əsasən qarşılıqlı anlaşmaya dair 3 memorandum imzalanıb. Bu barədə Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov məlumat verib.

Konkret olaraq "Bakı istehlak qab-qacağı" Səhmdar Cəmiyyəti ilə kimyəvi xammalın Cənubi Koreyaya göndərilməsinə dair memorandum imzalanıb. Müqavilənin dəyəri 6 milyon dollardır.

Koreyalı iş adamları ilə həmçinin Azərbaycanın "ASPİ Consulting" şirkəti və Bakı Biznes Mərkəzi memorandum imzalayıb.

Seulda keçirilən biznes-forumun təşkilatçıları rolunda İqtisadi İnkişaf Nazirliyi və AZPROMO çıxış edib. Biznes-forumda təxminən 40 azərbaycanlı və 60 koreyalı biznesmen iştirak edib.

Xəbər lenti

Xəbər lenti